Xəbər verdiyimiz kimi, növbədənkənar parlament seçkilərində iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
"Unikal"ın məlumatına görə, 125 seçki dairəsi üzrə mübarizə aparacaq namizədlər arasında yaşlı şəxslər də var.
Ən yaşlı namizəd 1938-ci il təvəllüdlü Zeynalov Oqtay Qəmbər oğludur. Onun 86 yaşı var. Digər yaşlı namizədlərdən 1-nin 84, 1-nin 79, 1-nin 78, 1-nin 77, 2-nin 76, 3-nün isə 75 yaşı var. Yaşlı namizədlərin bir neçəsi hazırda deputatdır.
Qeyd edək ki, Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.
Anar Kəlbiyev