Joan Qamper Kuboku uğrunda oyunda "Monako"ya 0:3 hesabı ilə uduzan "Barselona"nın iki futbolçusu zədələnib.
"Unikal" "Diario Sport"a istinadən xəbər verir ki, Robert Levandovski və İlkay Gündoğan Fransa təmsilçisi ilə görüşdə xəsarət alıblar.
Birinci hissədə hava mübarizəsindən sonra əlinin üstünə yıxılan Levandovski əvəzlənibsə, türk əsilli almaniyalı 64-cü dəqiqədə başına dəyən diz zərbəsi nəticəsində oyunu davam etdirə bilməyib.
Qeyd edək ki, "Barselona" avqustun 17-də La Liqada yeni mövsümün ilk matçına çıxacaq. Kataloniya komandası "Valensiya" ilə üz-üzə gələcək.