ABŞ hesab edir ki, İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı mübarizədə imkanlarının son həddinə çatıb və böhranın sonrakı həlli yalnız diplomatik üsullarla mümkündür.
"Unikal" xəbər verir ki, bu barədə “The New York Times“ mənbələrə istinadən yazıb.
Amerikanın yüksək rütbəli rəsmiləri etiraf edirlər ki, İsrail Fələstinin radikal HƏMAS hərəkatını ciddi şəkildə zəiflətsə də, İsrail ordusu onu tam məhv edə bilməyəcək. Nəşr qeyd edir ki, növbəti bombardmanlar yalnız sektordakı mülki əhalinin vəziyyətini pisləşdirəcək, lakin israilli girovların evlərinə qayıtmasına kömək etməyəcək.