Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
"Unikal" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.27 ABŞ dolları və ya 1.52% azalaraq 82.45 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.