"Barselona" ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionunun yenidənqurma işlərindən sonrakı görüntülərini yayıb.
"Unikal" xəbər verir ki, Kataloniya təmsilçisi bu ilin dekabrında öz stadionuna qayıtmağı planlaşdırır.
Komanda 2023-cü ilin may ayından etibarən "Kamp Nou"da oynamır. "Kamp Nou"nun azarkeş tutumu 99 min 354 nəfərdən 106 min nəfərə çatdırılır.
Bildirilir ki, bu yenidənqurma işləri "Barselona"ya təxminən 1,5 milyard avroya başa gəlib.
Qeyd edək ki, "Barselona" hazırda ev oyunlarını Barselonadakı Olimpiya Stadionunda keçirir.