Azərbaycan güləşçisi Əmrah Əmrahov (48 kq) İordaniyanın Amman şəhərində davam edən U-17 dünya çempionatında bürünc medal qazanıb.
"Unikal" xəbər verir ki, təmsilçimiz ukraynalı Boqdan Makarovetsə 3:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda iranlı Armin Şamsipourhacıya uduzub – 0:8.
O, təsəlliverici görüşdə bolqarıstanlı Kaloyan İvanova heç bir şans tanımayıb – 9:0. Əmrahov qazaxıstanlı Yedige Toleutayevi də 3:1 hesabıyla üstələyərək dünya üçüncüsü olub.