Argentina millisinin üzvü Markos Akuna klubunu dəyişib.
"Unikal" xəbər verir ki, 32 yaşlı sol cinah müdafiəçisi İspaniya “Sevilya”sından ayrılaraq Argentina “River Pleyt”inə keçib. Bu barədə "River Pleyt"in mətbuat xidməti məlumat yayıb.
Argentina millisi ilə 2022-ci ildə dünya çempionu olan futbolçu ilə müqavilənin müddəti 2027-ci ilin sonuna qədərdir. Onun tezliklə tibbi müayinədən keçmək və sözləşmə imzalamaq üçün vətininə yollanacağı bildirilir.
Qeyd edək ki, Akunya 2020-ci ildən "Sevilya"da oynayırdı. O, bu müddət ərzində 149 oyun keçirib, 6 qol vurub və 16 qolun ötürməsini verib.