“Qarabağ” ciddi itki ilə üzləşib.

"Unikal" xəbər verir ki, Julio Romao Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında forma geyinməyəcək.

Azərbaycan çempionunun aparıcı futbolçusu cəzalı duruma düşüb. O, Zaqreb “Dinamo”su ilə Xorvatiyadakı görüşdə sarı vərəqə alıb. Bu, braziliyalının mövsümdə 3-cü xəbərdarlığı olub. Bu üzdən də Romao “Dinamo” ilə avqustun 28-də Bakıda keçiriləcək görüşdə forma geyinməyəcək.

Qeyd edək ki, “Qarabağ” səfərdə 0:3 hesabı ilə uduzub.