“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallagerin Madrid “Atletiko”suna keçidi rəsmiləşib. 

"Unikal" xəbər verir ki, məlumatı İspaniya klubu yayıb. 

24 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayacaq. Bu transfer üçün “Atletiko” İngiltərə klubuna 42 milyon avro ödəməli olub. 

Qeyd edək ki, K. Qallager İngiltərə Premyer Liqasının 2023/2024 mövsümündə 37 oyuna çıxaraq 5 qol vurub və 7 qolun ötürməsini edib.