"Zirə”nin futbolçusu Ceyhun Nuriyev Konfrans Liqasının pley-off mərhələsində sabah “Omoniya”ya qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında iştirak edib.
"Unikal" xəbər verir ki, o, deyib: “Bizi sabah güclü rəqibə qarşı oyun gözləyirik. Konfrans Liqasının pley-offunda asan rəqib olmur. Rəqibi analiz etmişik. Tapşırıqları meydanda icra etməyə çalışacağıq. Cütün taleyi ikinci oyunda həll olunacaq. Bakıya sərfəli nəticə ilə qayıtmaq istəyirik”.
Qeyd edək ki, sabah keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.