"Zirə" bu gün UEFA Konfrans Liqasının pley-off matçında Kiprin "Omoniya" klubu ilə üz-üzə gələcək.

"Unikal" xəbər verir ki, gərgin mübarizə vəd edən görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Görüşü Yuri Frisçerin başçılıq etdiyi estoniyalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, cavab matçı bir həftə sonra avqustun 29-da Bakıda "Dalğa Arena"da keçiriləcək.

22 avqust

UEFA Konfrans Liqası

Pley-off mərhələsi

"Omoniya" - "Zirə"

Saat 21:00, "GSP Stadium"