İngiltərənin “Çelsi” komandasının müdafiəçisi Benjamin Çilvel “Mançester Yunayted”ə təklif olunub.

"Unikal" xəbər verir ki, London təmsilçisinin yeni baş məşqçisi Enzo Mareskanın planlarına daxil edilməyən oyunçu “qırmızı şeytanlar”a keçə bilər.

Hazırda müdafiədə problemlər yaşayan “Mançester Yunayted” bu keçidə müsbət yanaşır. Komandalar arasında razılıq əldə olunsa, yaxın zamanda transfer rəsmiləşəcək.

Qeyd edək ki, Benjamin Çilvel ötən mövsüm “Çelsi” forması ilə 13 oyunda meydanda olub.