"Kəpəz" sıralarına yeni futbolçu cəlb edib.

"Unikal" Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Keverton Resende Markolino heyətə qatılıb.

Braziliyalı oyunçu ilə "1+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, o, son olaraq vətənində "Hersilio Luz" klubunda çıxış edib.