“Brand Finance” konsaltinq şirkətinin açıqlamasına görə, “Nestle” artıq yeddinci ildir ki, ən qiymətli qida brendlərinin dünya reytinqində liderdir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, brendin dəyəri il ərzində 7% azalaraq 20,8 milyard dollara çatsa da, "Nestle"nin yüksək reputasiyası və davamlılığı ona qlobal qida sənayesində birinci yeri saxlamağa kömək edib.
"Lay's" brendi ikinci yerə yüksəlib. Onun dəyəri il ərzində 9% artaraq 12 milyard dollara çatıb. Üçüncü yerdə dəyəri 11,6 milyard dollar olan “Yili” brendi qərarlaşıb.
Ümumilikdə, qlobal qida və içki seqmenti bu il marka dəyərinin 4% azalaraq 268 milyard dollara çatdığını qeyd edir:
"İstehlakçılar getdikcə böyük brendlərdən uzaqlaşaraq unikal, fərdiləşdirilmiş məhsullar təklif edən daha kiçik özəl etiketlərə keçirlər",- "Brand Finance" analitikləri qeyd ediblər.
Gülayə Mecid