"Pop Foot" statistik portalı hər matçdakı ortalama qol sayına görə 21-ci əsrin ən yaxşı futbolçularının siyahısını hazırlayıb.
"Unikal" xəbər verir ki, sıralamaya "Mançester Siti"nin futbolçusu Erlinq Haaland liderlik edir. O, hər oyunda orta hesabla 0,82 qol vurub.
2-ci yerdə hazırda "İnter Mayami"nin formasını geyinən Lionel Messi, 3-cü pillədə isə "Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldodur.
Hər matçda vurduğu ortalama qol sayına görə 21-ci əsrin ən yaxşı 10 oyunçusu:
1. Erlinq Haaland - 0,82 (315 matçda 257 qol)
2. Lionel Messi - 0,78 (1069 matçda 838 qol)
3. Kriştiano Ronaldo - 0,73 (1233 matçda 897 qol)
4. Kilian Mbappe - 0,72 (1233 matçda 897 qol)
5. Robert Levandovski - 0,70 (928 matçda 654 qol)
6. Harri Keyn - 0,63 (644 matçda 407 qol)
7. Neymar - 0,61 (719 matçda 440 qol)
8. Ruud van Nistelroy - 0,60 (463 matçda 277 qol)
9. Luis Suares - 0,60 (968 matçda 576 qol)
10. Zlatan İbrahimoviç - 0,58 (980 matçda 567 qol)