UEFA Zaqreb "Dinamo"sunun azarkeşlərinə Avropa kuboklarında səfər matçlarını izləməyə icazə verib.

"Unikal" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, azarkeşlərə səfər matçları ilə bağlı tətbiq olunan qadağa yeni mövsümdən etibarən aradan qaldırılıb. Bununla əlaqədar qitənin futbol qurumundan kluba məktub daxil olub.

"Dinamo" fanatlarını oyunlar zamanı qanun pozuntularına yol verməməyə çağırıb.

Bu qərar o deməkdir ki, Zaqreb klubunun fanatları Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la Bakıda keçiriləcək cavab oyununu izləyə biləcəklər.

"Dinamo" bildirib ki, qarşıdakı oyuna bilet satışı ilə bağlı azarkeşlərə tezliklə məlumat veriləcək.

Xatırladaq ki, "Qarabağ" - "Dinamo" cavab oyunu avqustun 28-də keçiriləcək. İlk görüşdə xorvatlar 3:0 hesabı ilə qələbə qazanıblar.