İspaniyanın “Real Madrid” komandası futbolçusu Mario Martini icarəyə verib.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 2025-ci ilin yayınadək İspaniyanın digər təmsilçisi “Valyadolid”də çıxış edəcək.
Madridlilərin yetirməsi olan oyunçu ötən ilin yanvarında əsas komandada debüt edib. O, ümumilikdə 4 oyun keçirib.
Qeyd edək ki, “Valyadolid” İspaniya çempionatına “Espanyol” üzərində 1:0 hesablı qələbə ilə başlayıb. Kollektiv avqustun 25-də səfərdə “Real Madrid”lə qarşılaşacaq.