"İnter" hücumçusu Martin Satrianonu icarəyə verib.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı forvard karyerasını "Lans"da davam etdirəcək. Onunla 2025-ci ilin yayınadək müqavilə imzalanıb. Sözləşməyə birdəfəlik transfer maddəsi də daxildir.
Qeyd edək ki, Satriano ötən mövsümü icarə əsasında "Brest"də keçirib. O, 36 oyunda 6 qol vurub və 4 qolun ötürməsini verib.