Qadın futbolçulardan ibarət “Neftçi” komandasının UEFA Çempionlar Liqasının birinci mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

"Unikal" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq görüş Xorvatiya və İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.

Matçın baş hakimi Yelena Kumer olacaq. Ona həmyerlisi Sanya Rodyak-Karşiç və italiyalı Françeska Di Monte kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mariya Marotta (İtaliya) yerinə yetirəcək.

Qarşılaşma sentyabrın 4-də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.