"Qarabağ" növbəti transferini reallaşdırıb.
Klubdan "Unikal"a verilən məlumata görə, bir müddətdir İspaniyanın "Alkorkon" klubu ilə aparılan danışıqlar müsbət nəticələnib və hücumameyilli yarımmüdafiəçi Emmanuel Addai heyətə cəlb edilib.
Klub və 23 yaşlı qanalı futbolçu arasında 2 illik müqavilə imzalanıb. Addainin son komandası 2022-2024-cü illərdə formasını geyindiyi İspaniya təmsilçisi “Alkorkon” olub. O, bunadək Fransada “Bobiqni” klubunda (2021-2022) çıxış edib.