Fransanın La Grande-Motte kommunasında Bet Yaakov sinaqoqunun yaxınlığında partlayış baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə France24 məlumat yayıb.

Hadisə nəticəsində yanğın baş verib və iki avtomobil yanıb, polis əməkdaşlarından biri isə hadisə yerində yaralanıb. Onun vəziyyəti ilə bağlı başqa məlumat yoxdur.

Fransanın daxili işlər naziri Gerald Darmanen X mikrobloqunda baş verənləri "açıq-aşkar cinayət" kimi qiymətləndirib. 

Darmanen və baş nazir Qabirel Atalın bu gün axşam saatlarında hadisə yerinə gedəcəkləri bildirilir.

Ağarza Elçinoğlu