Avqustun 24-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Ermənistan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın gündəliyi, o cümlədən tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş cari işlər müzakirə edilib.
Xarici işlər nazirləri regional sabitlik və təhlükəsizliklə bağlı məsələlər, o cümlədən regional logistika əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Beynəlxalq gündəliyin aktual məsələlərinə də istinad edilib.
Ağarza Elçinoğlu