İtaliya "Napoli"si Belçika millisinin hücumçusu Romelu Lukakunun transferi ilə bağlı Londonun "Çelsi" klubu ilə anlaşıb. 

"Unikal" xəbər verir ki, İngiltərə klubu 31 yaşlı futbolçunun transferindən 30 milyon avro qazanacaq. 

Xarici KİV-in məlumatına görə, transfer üçün 15 milyon bonus da nəzərdə tutulub. Klub Lukaku ilə 3 illik müqavilə imzalayacaq.

Ötən mövsüm İtaliya "Roma"sında icarə əsasında çıxış edən Lukaku 47 oyunda 21 qol vurub, 4 məhsuldar ötürmə edib.

Transfermarkt Lukakunun transfer dəyərini 30 milyon avro qiymətləndirir.

Ağarza Elçinoğlu