İngiltərə Premyer Liqasının ikinci turunun açılış matçında "Brayton" doğma meydanda "Mançester Yunayted"ə qalib gəlib.
"Unikal" xəbər verir ki, oyun ev sahibinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
32-ci dəqiqədə "Brayton"un ingilis hücumçusu Denni Uelbek hesabı açıb. Hollandiyalı Erik ten Haaqın rəhbərlik etdiyi komandanın cavab qolunu Fil-Divuarlı hücumçu Amad Diallo vurub.
"Brayton"un qələbə qolunu oyuna əlavə olunmuş 5-ci dəqiqədə braziliyalı hücumçu Joao Pedro vurub.
“Brayton” 6 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Yunayted” 3 xalla 8-cidir.
Ağarza Elçinoğlu