Azərbaycan Voleybol Federasiyasının prezidentinin müşaviri Cəlil Cəfərov növbəti dəfə Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Həyətinə üzv seçilib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Məlumata görə, Cəlil Cəfərov avqustun 24-də İtaliyanın Neapol şəhərində baş tutan CEV-in 45-ci Baş Assambleyasında keçirilən səsvermədən sonra yenidən qurumun İdarə Heyətində yer almaq şansı qazanıb.
34 nəfərin namizədliyi olan İdarə Heyətində növbəti dörd il üçün (2024-2028) 17 nəfər yer alıb.