Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.
"Unikal" xəbər verir ki, günün son qarşılaşmasında “Şamaxı” səfərdə “Zirə” ilə üz-üzə gəlib.
Zirə İdman Kompleksinin stadionunda oynanılan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın yeganə qolunu 16-cı dəqiqədə bölgə təmsilçisinin heyətindəki Leroy Mikels vurub.
Günün ilk oyununda "Sabah" "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.
Turun əvvəlki matçlarında “Səbail” “Kəpəz”ə 4:0, “Turan Tovuz” “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan” və “Neftçi” komandaları arasında keçirilən qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə nəticələnib.