Bu gün Türkiyə Super Liqasının 3-cü turunun 3 matçı keçirilib.
"Unikal" xəbər verir ki, “Fənərbaxça” “Rizespor”u darmadağın edib.
"Antalyaspor" "Hatayspor"a qalib gəlib. "Kasımpaşa" isə "Adana Demirspor"la heç-heçə edib.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 7 xalla "Fənərbaxça" liderlik edir. Eyni xala malik "Eyüpspor" 2-ci, "Beşiktaş" isə 6 xalla 3-cüdür.
Türkiyə Superliqası, 3-cü tur
25 avqust
"Kasımpaşa" – "Adana Demirspor" - 2:2
Qollar: H.Hayradinoviç, 30, N.Da Kosta, 59 – Y.Barasi, 65, C.Manev, 90+3
"Antalyaspor" – "Hatayspor" - 3:2
Qollar: Kelven, 60, M.Cenepo, 66, B.Samudio, 90+4 – K.Strandberq, 26-pen; 32
"Rizespor" – "Fənərbaxça" - 0:5
Qollar: Fred, 15, 60, 64, E.Dzeko, 53, K.Alikolov, 66-avtoqol.