Monteneqro yığmasının UEFA Millətlər Liqasının B Divizionunda İslandiya və Uelslə keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.
"Unikal" xəbər verir ki, baş məşqçi Robert Prosineçkinin dəvət göndərdiyi oyunçular arasında “Qarabağ”ın zədəli müdafiəçisi Marko Veşoviç və “Neftçi”nin yarımmüdafiəçisi Ervin Kuts da var.
Ağdam klubunun zədədən əziyyət çəkən digər monteneqrolu futbolçusu Marko Yankoviç isə milli komandadan kənarda qalıb.
Qeyd edək ki, sentyabrın 6-da İslandiyanın qonağı olacaq Monteneqro seçməsi 3 gün sonra doğma meydanda Uelsi qəbul edəcək.