Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” matçının hakimləri bəlli olub.

"Unikal" xəbər verir ki, Azərbaycan və Xorvatiya çempionlarının görüşünə İngiltərədən olan hakimlər təyinat alıb.

Qarşılaşmanı Maykl Oliver idarə edəcək. Onun köməkçiləri Stüart Burt və Li Betts olacaqlar. Dördüncü hakim funksiyasını Kris Kavanaq yerinə yetirəcək. Stüart Attvell VAR, Timoti Vud AVAR olacaq.

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.