AÇ-2026-nın əsas mərhələsinə hazırlıq məqsədi ilə Azərbaycan futzal millisi 2 beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
"Unikal" xəbər verir ki, məlumatı Futzal Federasiyasının mətbuat xidməti yayıb.
Millimiz sentyabrın 19-da və 20-də Çexiya yığması ilə gücünü sınayacaq. Hər iki oyun Zlin şəhərində keçiriləcək.
Qeyd edək ki, millimiz Avropa Çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla qarşılaşacaq.