"Atalanta" "İnter"in və "Yuventus"un sabiq futbolçusu Xuan Kuadradonu transfer edib.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı kolumbiyalı ilə müqavilənin müddəti hələlik  açıqlanmayıb.

Bu yay Kuadrado "İnter"lə müqaviləsi başa çatdıqdan sonra azad agent olub. Ötən mövsüm futbolçu bütün turnirlərdə 12 oyun keçirib, 2 qolun ötürməsini verib.

Kuadrado əvvəllər "Yuventus", "Çelsi", "Fiorentina", "Udineze" və "Leççe"də çıxış edib.