Bəkməz başdan-başa bir mineral qaynağıdır. Bəzi xüsusiyyətlərinə görə bəkməz meyvələrdən üstündür. Bəkməz qan azlığı, soyuqdəymələrdə, bronxitlərdə (çox yaxşı bəlğəmgətiricidir), qaraciyər xəstəliklərində, halsızlıqda, immunitet zəifliyində, sümük əyilmələrində və əriməsində (kalsium çatışmazlığında osteoporoz), ağız-boğaz yaralarında (doşab ağızda bir müddət saxlanılır, sonra udulur) istifadə olunur. 1 xörək qaşığı tut bəkməzini içmək 1 stəkan tut yeməyə bərabərdir.
"Unikal" bəkməzin növlərini və onların faydalarını təqdim edir:
Xurma bəkməzi
Azərbaycanda bol xurma (xirnik) yetişir. Xurma doşabında olan yod heç bir doşabda yoxdur. Əgər dəriniz qurudursa, arıqlayırsınızsa, ürək döyüntüləriniz varsa xurma doşabı sizin üçün faydalı olar.
Üzüm bəkməzi
Azərbaycanda çox olan doşablardan biri də üzüm doşabıdır. Başdan-başa enerji mənbəyi olan bu qida qaraciyərin dostudur. Lakin, şəkərli diabet xəstələri doşabı çox az istifadə etməlidirlər, onlar yaxşı olar ki, turş nar bəkməzindən istifadə etsinlər.
Əncir bəkməzi
Əncir bəkməzi ürəyi zəif olanlar, öskürəkdən əziyyət çəkənlər üçün faydalıdır. Əncir bəkməzi ürəyin gücünü artırır. Dəridə səpki və ləkələri olanlar üçün də həmçinin faydalıdır.
Tut bəkməzi
Tut bəkməzi çox istifadə olunan bəkməzlərdən biridir. O, ana südünü artırır, böyrək yollarının həm daş xəstəliyində, həm də iltihabi xəstəliklərə faydalıdır. Əsəbləri sakitləşdirir, uşaqlarda beyin inkişafını sürətləndirir, mədə-bağısaq yaralarında çox faydalı olmaqla yanaşı, ağciyər xəstəlikləri üçün də olduqca faydalıdır. Bəkməzi həm su ilə qarışdırıb içə, həm də gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içə bilərsiniz.
Zərifə Nağıyeva