Bəzi dövlət tibb müəssisələrində qızılcaya qarşı peyvənd tapılmır. Məlumata görə, artıq 2-3 aydan çoxdur ki, ölkədəki əksər dövlət xəstəxanalarına qızılcaya qarşı peyvənd gətirilmir. Özəl müəssisələrdə isə vaksinlər ödənişli əsaslarla edilir. Bunun isə qiyməti olduqca bahadır.
Bununla bağlı "Unikal"ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, növbəti dövr üçün peyvənd ehtiyatları artıq ölkə ərazisindədir:
"Rəsmiləşdirilmə prosesi ən qısa zamanda yekunlaşacaq və peyvəndlər tibb müəssisələrinə paylanacaq. Hər hansı peyvənd çatışmazlığı olan tibb müəssisələrinin təcili olaraq anbar ehtiyatlarından təmin olunması ilə bağlı göstəriş verilib".
Bəzi özəl klinikalarda qızılcaya qarşı peyvəndlərin qiyməti isə aşağıdakı kimidir:
"Leyla Medikal Center" - 180 AZN
"Medera Hospital" - 200 AZN
“Modern Hospital” - 200 AZN (29 avqustda olacaq)
"Liv Bona Dea Hospital Baku" - 200 AZN
"Baku Medical Plaza" - 200 AZN
Zaurə Əmirova