Bu gün Şəki şəhərində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda Elmi-Praktiki Konfransda Azərbaycan Respublikasının Baş prokurorun müavini Heydər Məmmədov istifadəyə verilmiş Şəki rayon prokurorluğunun yeni inzibati binası barədə danışıb.
"Unikal"ın məlumatına görə, Baş prokurorun müavini bildirib ki, 2 mərtəbəli yeni inzibati bina müasir arxitektura stilistikasında inşa edilib. Ən müasir texnika və rəqəmsal-informasiya sistemləri ilə təchiz olunub. Belə ki, prokurorluğun bütün fəaliyyət istiqamətlərini bir vahid elektron platformada birləşdirən “Elektron Prokurorluq” İnformasiya kommunikasiya Sisteminin quraşdırılması təmin edilib, bunun üçün bina ən müasir avadanlıqlar, kommunikasiya sistemləri, ip telefoniya qurğuları və digər texniki chazlarla ilə təchiz olunub.
Eyni zamanda vətəndaşların məmnunluğunun təmin olunması istiqamətində, ələxsus da qəbul və elektron müraciətlər üçün bütün imkanlar yaradılmışdır. Bundan əlavə əməkdaşların səmərəli fəaliyyəti üçün konfrans zalı, elektron kitabxana, kriminalstik avadanlıqlarla təmin olunmuş kriminalistika otağı, istintaq hərəkətlərinin aparılması üçün “vizual tanıma istintaq otağı” və digər guşələr, hətta idman zalı da istifadəyə verilmişdir.
Binanın işıqlandırılmasının bir hissəsini təmin etmək məqsədilə Alternativ enerji mənbəyi olan günəş enerjisini toplayan günəş panelləri quraşdırılıb.
"Təbii ki, Azərbaycan Prokurorluğun kollektivi - Ali Baş Komandan cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən bu yüksək qayğıya görə təşəkkürünü bildirir və bu etimada uyğun olaraq gələcəkdə də böyük məsuliyyət və peşəkarlıqla fəaliyyətini davam edərək cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi, sahəsində bütün qüvvələrini səfərbər edəcək."-deyə Baş prokurorun müavini nitqinə yekun vurub.