Naməlum kişi özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək insanlardan pul alır.

"Unikal" xəbər verir ki, bu barədə Mirzə Babayevin nəvəsi Emin Babayev sosial şəbəkədə məlumat verib.

"Şəkildə gördüyünüz kişi şəhərin müxtəlif yerlərində, əsasən, kafe və marketlərdə, özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək insanlardan müxtəlif formalarda xeyir alır. Kimdənsə pul istəyir, kimsə onun yediyi yeməyin hesabını ödəyir və s. Təəssüf ki bu məlumatlar mənə postfaktum çatır və bu dələduz eyni yerə 2-3 dəfədən çox getmir. Özü ilə Mirzə Babayevin şəkilini gəzdirir, sifətdən müəyyən oxşarlığı var, ailəmiz haqqında bəzi məlumatları əzbərləyib, geyimində də çalışır ki, Mirzə Babayevə oxşasın. Onu görən olsa, xahiş edirəm, hansısa bəhanəsi ilə ya onun nömrəsini öyrənin, ya da səhərsi gün eyni yerdə görüş təyin edib mənə məlumat verin".