Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar avqustun 28-dən Həsən bəy Zərdabi küçəsində (Əsəd Əhmədov küçəsindən “Qələbə dairəsi”nədək) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

AYNA-dan "Unikal"a bildirilib ki, məhdudiyyətlə əlaqədar 29 nömrəli müntəzəm avtobus marşrutunun hərəkəti alternativ olaraq Əsəd Əhmədov, Abbas Mirzə Şərifzadə və Akim Abbasov küçələri ilə təşkil ediləcək.