Qaradağ rayonunda zəbt olunmuş torpaqlarda inşa edilmiş qanunsuz tikililər sökülüb.
Bu barədə "Unikal"a Qaradağ Rayon icra Hakimiyyətindən bildirilib. Belə ki, vətəndaşlar Nağıyev Fərhad Firudin oğlu və Vəliyev Ramiz Məmmədəli oğlu tərəfindən Lökbatan qəsəbəsində torpaq üzərində mülkiyyət hüququ olmadan aparılmış hasarlanma işləri aşkar olunaraq sökülüb və ərazilər zəbtdən azad olunaraq əvvəlki vəziyyətlərinə qaytarılıb.