Sabah İmişli rayonunun 23 yaşayış məntəqəsində qaz olmayacaq.
"Unikal" xəbər verir ki, “İmişli 1” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində quraşdırılmış seperatorun baypas xətti üzərinə filtrin quraşdırılması və yeni qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə əlaqədar olaraq, sabah saat 9:00-dan etibarən işlər başa çatanadək “İmişli” QPS-dən qidalanan “İmişli 1” ölçü qovşağından (İmişli şəhər mərkəzi, 20 kənd, 2 qəsəbə cəmi: 17 969 abonent, Saatlı rayonunun 1 kəndi 225 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.