Laçın rayonunun Sus kəndinə qayıdan keçmiş məcburi köçkünlərə verilən evlər son zamanlarda kirayə məqsədi ilə istifadə edilir.
"Unikal"ın məlumatına görə, həmin evlərin bir günlük kirayə qiyməti 160-180 manat aralığında dəyişir. Yay fəsli olduğundan kirayə evlərə təlabat da yüksəkdir. Orta hesabla, bir ay ərzində ev sahibi 5 min manat pul qazanır.
Müəyyən vaxtdan sonra evlərin bəzi hissələri fərqli-fərqli insanlara kirayə verildiyi üçün sıradan çıxır.
Seymur Əli