Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində rəsmi Moskva mütəmadi olaraq 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata istinad edir.
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, Ermənistan hökuməti mövzudan yayınmağa çalışır: "Lakin Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü vasitəsilə onlar iddia edirlər ki, Ermənistan sənəddən imtina etsə, ya imzasını geri götürəcək, ya da heç olmasa bu barədə ictimaiyyətə açıqlama verəcək.
Rusiya Federasiyası eyham vurur ki, onlar bu məsələlərin müzakirəsinə qətiyyən qarşı deyillər, lakin Ermənistandan sənədlə bağlı heç bir reaksiya, mövqe və ya sadəcə olaraq hərəkət yoxdur.
Elə vəziyyətlər olur ki, reallıqdan qaçmaq və açıq-aşkar həqiqət sadəcə olaraq mümkün deyil".
Ağarza Elçinoğlu