Döyüş əməliyyatları zamanı ölən erməni əsgərlərin DNT analizləri ilə razılaşmayan onlarla ailə onların itkin düşənlər siyahısına daxil edilməsi xahişi ilə BQXK-ya müraciət edib.
"Unikal" xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni açıqlayıb.
BQXK-nın məlumatına görə, hazırda hərbi əməliyyatlar zamanı itkin düşən hərbçilərin siyahısına minə yaxın insanın adı daxil edilib: "90-cı illərdən, birinci müharibədən təxminən 700 nəfər, 2020-23-cü illərdə isə daha 300 nəfər itkin düşüb".
Ağarza Elçinoğlu