Ukraynada deputat Maryana Bezuqlovaya məsuliyyətə cəlb olunub. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin keçmiş spikeri Yuri İqnat Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) və Dövlət Təhqiqat Bürosuna (DBİ) belə bir tələblə çıxış edib.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
Bezuqlovaya qarşı iş Ukraynada ilk F-16-nın Patriot tərəfindən vurulması barədə bəyanatından sonra verilib. Belə ki, bir gün əvvəl Bezuqlaya qırıcının Ukrayna Silahlı Qüvvələrinin bölmələri arasında koordinasiya pozğunluğu səbəbindən vurulduğunu bildirib.
Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq isə Ukrayna hərbçilərinin təhvil verilən qırıcını hava hücumundan müdafiə sistemi ilə vurduğunu təsdiqləməkdən imtina edib.
Xatırladaq ki, avqustun 29-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Niderlandın Kiyevə verdiyi on Amerika F-16 qırıcısından birinin məhv edilməsini etiraf edib.
Gülayə Mecid