"Avropa diplomatiyasının rəhbəri Cozep Borrell, Ukraynaya Qərb silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə dair məhdudiyyətlərin aradan qaldırılmasının zəruriliyini bəyan edərək, bütün Aİ ölkələri adından deyil, özü üçün danışır".
"Unikal" xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani "Corriere della Sera" qəzetinə müsahibəsində bildirib.
"İtaliya Ukraynaya ötürülən silahlarla bağlı mövqeyini qoruyur",- nazir bildirib.
Tajani qeyd edib ki, Ukrayna qoşunları Rusiya ərazisinə hücum etmək üçün ölkə tərəfindən verilən silahlardan istifadə edə bilməz.
Aİ diplomatiyasının rəhbərinin sözlərinə görə, Qərb Rusiyaya qarşı xarici silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırarsa, bu, Moskva ilə birbaşa müharibəyə səbəb olmayacaq.