Türkiyənin Qaziantep şəhərində 30 Avqust Zəfər Bayramı şənliklərinin keçiriləcəyi Demokratiya Meydanı ərazisində İsmayıl Haniyənin pankartlarının asılması qısamüddətli gərginliyə səbəb olub.
"Unikal" xəbər verir ku, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, vəziyyətə reaksiya verən Atatürkçü Düşüncə Dərnəyinin üzvləri və CHP gəncləri Haniyənin pankartlarını söküb, yerinə Atatürk afişaları və Türkiyə bayrağı asıblar.
Qeyd edək ki, HƏMAS lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda sui-qəsd nəticəsində öldürülüb.
Gülayə Mecid