Amerikalı milyarder Con Polsonun həyat yoldaşı ilə sevgilisi arasında miras davası başlayıb.

"Unikal" xəbər verir ki, Paulsonun boşanma prosesində olduğu həyat yoldaşı, investisiya fondununn eksperti Jenny Paulson diqqətçəkən ittihamlarla çıxış edib.

68 yaşlı Con Paulson iki yetkin qızına mesaj yazaraq sevgilisi 36 yaşlı Alina de Almeyda ilə uşaq gözlədiyini açıqlayıb.

Bunun fonunda həyat yoldaşı Jenny hamiləliyin Con Paulsonun 5,1 milyard dollarlıq mirasını almaq üçün "hesablanmış plan" olduğunu iddia edib. Jenny Paulson ərinin gənc sevgilisini uşaq dünyaya gətirərək iki uşağının mirasını bölüşməyə çalışmaqda ittiham edərək məhkəməyə müraciət edib.