Yalnız söz azadlığının təmin olunduğu ölkələrə səyahət etmək ağıllı olardı.
"Unikal" xəbər verir ki, bunu milyarder İlon Mask deyib.
"Telegram"ın qurucusu Pavel Durovun Fransada həbsindən sonra o, ABŞ Konstitusiyasının belə bir prinsipə malik olmasını tərifləyib
Milyarder "X"də yazıb ki, beynəlxalq səyahətlər söz azadlığının Konstitusiya ilə qorunduğu dövlətlərlə məhdudlaşmalıdır.
“Yəqin ki, mənim üçün belə bir qərar qəbul etmək ağlabatan olardı”, - deyə iş adamı yazıb.