Malta hökuməti Marsadakı tarixi Türk Şəhidliyinin yaxınlığında bir küçəyə Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün adının verilməsinə qərar verib.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Valletta səfirliyinin sosial media platformasındakı paylaşımında bildirilib.
Qeyd edək ki, o, açıqlamasında "Malta hökumətinin verdiyi qərarla Marsadakı Türk Şəhidlər Qəbiristanlığı yaxınlığında türk mühəndis və işçilərin səyləri ilə inşa edilən küçəyə "Atatürk küçəsi-Triq Atatürk" adı verildi. Malta hökumətinə təşəkkür edirik" ifadələrindən istifadə edib.
Fidan Nuriyeva