Rusiyanın Kamçatka vilayəti ərazisində “Mi-8” helikopteri yoxa çıxıb.

"Unikal" xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya məlumat yayıb.

Bildirilib ki, 22 nəfər arasında üç ekipaj üzvü və 19 sərnişin var. “112” teleqram kanalı Mi-8-də turistlərin ola biləcəyini yazıb.

Rusiya İstintaq Komitəsi Mi-8 helikopterinin Kamçatkada Vaçkajets vulkanı yaxınlığında yoxa çıxdığını, hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı araşdırma aparıldığını açıqlayıb.