Qəzzada uşaq iflicinə qarşı peyvəndlərə başlanılıb.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının rəhbərlik etdiyi peyvənd kampaniyasının rəsmi başlanğıc tarixi 1 sentyabr olaraq təyin edilmişdi, lakin peyvəndləmə səyləri gözləniləndən bir gün tez başladı.
Qeyd edək ki, Qəzzanın şimalında və cənubunda 3 gün müddətində 10 yaş altı təxminən 640 min uşağa peyvənd edilməsi İsrail tərəfindən təsdiqləndi.
Fidan Nuriyeva