Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto sentyabrın 10-da Ermənistana səfər edəcək.

"Unikal" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan sosial şəbəkələrdə məlumat verib.

O qeyd edib ki, səfər çərçivəsində xarici işlər naziri Ararat Mirzoyanla görüş keçiriləcək.